Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra donor olmaq istəyənlərin sayı 1200-ü keçib

Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra donor olmaq istəyənlərin sayı 1200-ü keçib

Tarix: 31 Jan 2026 11:47

Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra donor olmaq istəyənlərin sayı 1200-ü keçib.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada bildirib.

O, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzi üçün əvvəlcə hüququ baza yaradıldığını qeyd edib: “Bu məqsədlə vahid informasiya bazasının əsasnaməsi yaradılıb. Bu bazaya bütün trasnplantasiya edən xəstəxanalar və ilkin donor gözləyən şəxslərin siyahısı daxil edilib”.

Günay Elşən meyit donor transplantasiya
Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra donor olmaq istəyənlərin sayı 1200-ü keçib

Mənbə: apa.az

Xəbər Lenti