Cümə, 6 Mart, 2026
Tarix: 03 Feb 2026 10:14
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 4,35% artaraq 4 854,11 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 8,4% artaraq 83,48 ABŞ dolları olub.
Emil İsmayılov COMEX qızıl gümüş