İran səfiri: Bütün dünya cinayətkarlığa qarşı mütəşəkkil və koordinasiyalı mübarizə aparmalıdır

İran səfiri: Bütün dünya cinayətkarlığa qarşı mütəşəkkil və koordinasiyalı mübarizə aparmalıdır

Tarix: 28 Oct 2026 15:44

Bu gün Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan dövlət orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü əhəmiyyətli toplantıdır.

APA xəbər verrir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu yüksək səviyyəli görüşdə jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, bugünkü dünyada cinayətkarlığa qarşı mübarizə tək bir dövlətin ərazisində ola bilməz: “Bütün dünya mütəşəkkil və koordinasiyalı şəkildə mübarizə aparmalıdır. İƏT çərçivəsində keçirilən iclas İslam dünyasının cinayətkarlığa qarşı birgə mübarizə aparmasına dair mesaj verir".

Səfir, iki tərəfli əlqaələrin davam etdiyini vurğulayıb: "Müvafiq qurumlar arasında əməkdaşlıq aparılır. Kossupsiyaya, cinayətkarlığa qarşı da əməkdaşlıq etməliyik ki, cinayətlərin törədilməsinin qarşısı alınsın. Bu cəhətdən də əməkdaşlıq faydalıdır”.

Emin Şirvanzadə

Mənbə: apa.az

Xəbər Lenti