Çərşənbə, 28 Oktyabr, 2026
Tarix: 28 Oct 2026 15:34
Rusiya prezidenti Vladimir Putin Afrika aviaşirkətlərini Rusiyaya uçuşlara başlamağa dəvət edib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə o, Rusiya-Afrika sammitində çıxışında bildirib.
Putin bunun həmçinin turizmin inkişafı üçün əlavə stimul yaradacağını söyləyib.
Rusiya prezidenti vurğulayıb ki, çoxqütblü dünya həqiqətən də reallığa çevrilir, bu tendensiya obyektiv və geri dönülməzdir:" Afrika "yeni oyanış" dövrünü yaşayır, suverenliyi güclənir və özünü qlobal iqtisadiyyatın və siyasətin qütblərindən biri kimi təsdiqləyir".
Putin bildirib ki, "Qərb ölkələri afrikalıları yenidən borc köləliyinə qaytarmağa, onlara yırtıcı şərtlərlə çox ehtiyac duyulan maliyyə resurslarını tətbiq etməyə, onları uzunmüddətli inkişaf planlarına xələl gətirməyə çalışırlar".
Rusiya prezidenti qeyd edib ki, Afrikanın taleyinin məhdud bir dövlət bloku tərəfindən müəyyən edildiyi dövr artlq geridə qalıb.
Fərid ƏkbərovMənbə: apa.az