Türkiyədə illik inflyasiya yenidən azalıb

Tarix: 03 Feb 2026 11:12

Türkiyədə illik inflyasiya yenidən azalıb.

"APA-Economics" Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, 2026-cı ilin yanvar ayında illik inflyasiya 30.65% təşkil edib. Ötən ilin dekabr ayında bu rəqəm 30.89% təşkil etmişdi. Yanvar ayında istehlak qiymətləri əvvəlki aya görə 4.84% artıb.

Qeyd edək ki, son bir ildə ərzaq və alkoqolsuz içkilər üzrə 31.69%, nəqliyyatda 29.39%, mənzillərdə isə 45.36% artım müşahidə olunub.

Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, 2024-cü ilin may ayında 75.45%, ötən il isə bu göstəricinin ən yüksək səviyyəsi – 42.12%-lə yanvar ayında qeydə alınıb.

Şükran Məmmədov Türkiyədə illik inflyasiya Türkiyədə inflyasiya

Xəbər Lenti