Ermənistan enerji sistemini Azərbaycan və Türkiyə ilə sinxronlaşdırmaq niyyətindədir

Tarix: 03 Feb 2026 14:53

Ermənistanın enerji sisteminin Türkiyə, Azərbaycan, İran və Gürcüstanla sinxronlaşdırılması mümkündür.

APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ermənistan enerji sisteminin qonşu ölkələrlə sinxronlaşdırılması təkcə idxal-ixrac baxımından kommersiya əhəmiyyəti daşımır, həm də sistemə dayanıqlılıq gətirəcək.

Hazırda bunun üçün heç bir texniki maneənin olmadığını bildirən Xudatyan hələlik konkret vaxt çərçivələrinin müəyyən edilmədiyini deyib.

İlqar Xudiyev Ermənistan Türkiyə Azərbaycan İran Gürcüstan enerji sistemlərinin sinxronlaşdırılması

Xəbər Lenti