Azərbaycan-Özbəkistan İşgüzar Şurası yaradılacaq, 10 mlrd. dollarlıq investisiya paketi formalaşdırılacaq

Tarix: 04 Feb 2026 13:26

Bu il Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın iclasına hazırlaşırıq.

Bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov APA-ya deyib.

Onun sözlərinə görə, hər iki ölkənin iş adamları arasında əlaqələri gücləndirəcək yeni bir İşgüzar Şura yaradılacaq.

Səfir bildirib ki, İşgüzar Şura Azərbaycan və Özbəkistan sahibkarları arasında birbaşa əlaqələrin qurulmasına və məsələlərin sürətlə həllinə imkan yaradacaq. İşgüzar Şura daimi olaraq fəaliyyət göstərəcək.

Diplomat qeyd edib ki, ticarət və sənaye palatalarının, müxtəlif sahibkar assosiasiyalarının iştirakı ilə fəaliyyət göstərəcək şura hər iki ölkənin iqtisadiyyatını daha da canlandırmaq və yeni layihələri irəlilətmək üçün mühüm addım olacaq.

Bahrom Aşrafxanov gələcəkdə Özbəkistan və Azərbaycan arasında 10 milyard dollarlıq investisiya paketinin formalaşdırılmasının və ticarət dövriyyəsinin bir milyard dollara çatdırılmasının vacibliyini vurğulayıb: “Ölkələr arasında güclü biznes əlaqələri qurmaqla yanaşı, sahibkarların hər iki tərəfdə daha sürətli və effektiv fəaliyyət göstərməsi təmin ediləcək”.

İlqar Xudiyev Özbəkistan səfiri Azərbaycan iqtisadi-ticarət əlaqələri ticarət dövriyyəsi Bahrom Aşrafxanov

Xəbər Lenti