İran danışıqlarda nüvə məsələsindən kənar tələblərin qaldırılmasına icazə verməyəcəyini açıqlayıb

Tarix: 04 Feb 2026 22:52

Tehran ABŞ ilə danışıqlarda nüvə məsələsindən kənar tələblərin qaldırılmasına icazə verməyəcək.

APA xəbər verir ki, bu barədə “Al Mayadeen” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə məsələdən xəbərdar olan İran rəsmisi Vaşinqtonun nüvə silahı xaricindəki məsələləri müzakirə etməkdə israrlı olmasının danışıqları təhlükə altında qoya biləcəyini və Tehranın ABŞ ilə danışıqlar aparmağa tam hazır olduğunu açıqlayıb.

Xəbər Lenti