Cümə axşamı, 5 Ferval, 2026
Tarix: 05 Feb 2026 09:17
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 1,39% azalaraq 4 882,1 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 9,5% azalaraq 76,38 ABŞ dolları olub.
Emil İsmayılov COMEX qızıl gümüş