Cümə axşamı, 5 Ferval, 2026
Tarix: 05 Feb 2026 11:53
2025-ci ildə Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 2 milyard 590 milyon 994 min ABŞ dollarına bərabər olub.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il yeyinti məhsulları üzrə idxalın dəyəri əvvəlki illə müqayisədə 4.7% çoxdur.
Ötən il qida məhsullarının ümumi ölkə idxalında çəkisi 10.63% təşkil edib.
Hesabat dövründə ölkəyə 117 milyon 964 min ABŞ dolları dəyərində 47 641 ton ət idxal edilib ki, bu da əvvəlki illə müqayisədə dəyər baxımından 8.9%, həcm baxımından isə 18.8% azalıb.
Ötən il ölkəyə 32 milyon 208 min ABŞ dolları dəyərində ( 30% çox) 18 319 ton (18.4% çox) süd idxal olunub.
Ölkəyə həmçinin 172 milyon 637 min ABŞ dolları (0.6% az) dəyərində 24 917 ton (15.9% azalıb) kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub.
Şükran Məmmədov yeyinti məhsullarının idxalı Dövlət Gömrük Komitəsi ət idxalı süd idxalı