Cümə axşamı, 5 Ferval, 2026
Tarix: 05 Feb 2026 13:59
2026-cı ilin yanvar ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 468,0 milyon manat olub. Bu mənbədən daxilolmalar 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz və ya 24,6 milyon manatdan çox artıb.
Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilin yanvar ayına nisbətən 8,2 faiz artaraq 347,5 milyon manata yaxın təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz artıb və 17,2 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,9 faiz artaraq 14,5 milyon manata yaxın təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2025-ci ilin yanvar ayına nisbətən 1 faiz artıb və 80,2 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2,4 faiz artaraq 62,4 milyon manatdan artıq təşkil edib.
Şükran Məmmədov sosial sığorta haqları üzrə daxilolmalar İcbari tibbi sığorta haqları üzrə daxilolmalar işsizlikdən sığorta haqları üzrə daxilolmalar