Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 7%-ə yaxın artıb

Tarix: 05 Feb 2026 13:56

2026-cı ilin yanvar ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 2 milyard 50,3 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 50,3 milyon manat çoxdur.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 1 milyard 467,1 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 42,1 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 88,9 milyon manat və ya 6,5 faiz artıb.

Ödənilən vergilərin 71,6 faizi qeyri-neft-qaz sektorunun, 28,4 faizi isə neft-qaz sektorunun payına düşüb.

Şükran Məmmədov Vergi Taxes DVX Vergi daxilolmaları

Xəbər Lenti