Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 30 Jan 2024 13:18
2024-cü ilin yanvar ayında valyuta hərraclarında 417.1 milyon ABŞ dolları satılıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə və ya 228.5 milyon dollar çoxdur. Belə ki, 2023-cü ilin yanvar ayında keçirilən valyuta hərraclarında 188.6 milyon ABŞ dolları satılıb.
Qeyd edək ki, cari ayda AMB-də 7 valyuta hərracı təşkil edilib.