Cümə, 6 Ferval, 2026
Tarix: 06 Feb 2026 09:20
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2025-ci il üzrə Azərbaycana ayırdığı vəsaitin həcmi məlum olub.
"APA-Economics" xəbər verir ki, bank ötən il ölkədə 10 layihənin maliyyələşdirilməsi üçün 81 mln. avro ayırıb. Bu 2024-cü ilə nisbətən 60% və ya 118 mln. avro azdır. Belə ki, 2024-cü il üzrə bu rəqəm 199 mln. avro təşkil edib.
Ötən il dekabrın 31-nə AYİB-in Azərbaycandakı layihələr üçün hazırkı kredit portfeli 906 mln. avro təşkil edib və bunun da 40 %-i özəl sektorun payına düşüb. Bankın ölkədəki əməliyyat aktivləri 31 dekabr 2025-ci il tarixinə 695 milyon avro təşkil edib.
Qeyd olunub ki, portfelin 90 %-i (812 milyon avro) dayanıqlı infrastruktura yatırımlar, 7%-ni (64 mln. avro) isə maliyyə institutlarına yatırımlar, 3%-i (30 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları təşkil edir. Sentyabr ayında bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə əvvəlki aya nisbətən 0,9% artaraq 703 mln. avro təşkil edib.
Beləliklə, EBRD bu günədək Azərbaycana 201 layihə çərçivəsində 3,648 mlrd. avro həcmində investisiya yatırıb.
Rahim Tarıverdiyev AYİB EBRD Azərbaycan kredit maliyyə layihə