Cümə, 6 Ferval, 2026
Tarix: 06 Feb 2026 13:43
2026-cı ilin yanvar ayında yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 3,4 mln. manata yaxını vətəndaşlara qaytarılıb.
Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə ,Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir. 2026-cı ilin yanvar ayı ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 3 milyon 376,0 min manat təşkil edib.
Şükran Məmmədov ƏDV