Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti yenidən artıb

Tarix: 07 Feb 2026 10:33

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 1,85% artaraq 4 979,8 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 0,24% artaraq 76,895 ABŞ dolları olub.

Emil İsmayılov COMEX qızıl gümüş

Xəbər Lenti