Ötən il manatın nominal effektiv məzənnəsi 19.3% bahalaşıb

Ötən il manatın nominal effektiv məzənnəsi 19.3% bahalaşıb

Tarix: 31 Jan 2024 10:11

Valyuta bazarında tarazlıq inflyasiya idxalının məhdudlaşmasında xüsusi rol oynayıb. 2023-cü ildə Mərkəzi Bankda keçirilmiş valyuta hərracının 92%-də təklif tələbi üstələyib.

“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki, bu dövrdə manatın nominal effektiv məzənnəsi 19.3 faiz bahalaşıb ki, bu da idxal inflyasiyasına azaldıcı təsir göstərən əsas amildir.

Mənbə: apa.az

Xəbər Lenti