Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 31 Jan 2024 12:12
Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
“Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği” 2024-cü il fevralın 1-dən, “Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi” 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.
Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün utilizasiya haqları isə 2024-cü il fevralın 1-dən 2 (iki) il müddətinə 50 (əlli) faiz həcmdə tətbiq ediləcək.
Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği
Sıra
№-si
Kateqoriya
Tutulma vaxtı
İstehsal- buraxılış ili
Utilizasiya haqqının məbləği
(manatla)
1.
Minik avtomobilləri (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri
istisna olmaqla)
Gömrük rəsmiləşdirilməsi zamanı
4 ildən 7 ilədək
olduqda
400
7 il və daha çox olduqda
700
4 ildən 10
ilədək
10
olduqda
“Yol hərəkəti
2.
haqqında” Azərbaycan Respublikasının Qanununun 27- ci maddəsinin II və III hissələrində nəzərdə tutulan
nəqliyyat
Hər dövlət texniki baxışı zamanı
10 ildən 20 ilədək olduqda
20
20 ildən 30 ilədək olduqda
30
vasitələri
30 il və
daha çox
40
olduqda
Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi
Utilizasiyaya verilən nəqliyyat vasitəsinə görə tətbiq edilən güzəştin məbləği aşağıdakı kimi müəyyən edilir:
Sıra
№-sı
Nəqliyyat vasitələri
Təsnifat
Güzəşt məbləği
(manatla)
1.1.
Kvadrisikl və təkərləri dörddən az olanlar
L
200
1.2.
Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olmayan və sərnişindaşımada istifadə olunanlar
M1, M1G
1500
1.3.
İcazə verilən maksimum kütləsi 3,5 tonu aşmayan və yükdaşımada istifadə olunanlar
N1, N1G
1500
1.4.
Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, lakin icazə verilən maksimum kütləsi 5 tonu aşmayan və sərnişindaşımada istifadə
olunanlar
M2, M2G
2000
1.5.
İcazə verilən maksimum kütləsi 3,5 tondan
yuxarı, lakin 12 tondan aşağı olan və yükdaşımada istifadə olunanlar
N2, N2G
2000
1.6.
Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, icazə
verilən maksimum kütləsi 5 tonu aşan və sərnişindaşımada istifadə olunanlar
M3, M3G
3000
1.7.
İcazə verilən maksimum kütləsi 12 tonu aşan və yükdaşımada istifadə olunanlar
N3, N3G
3000
1.8.
Təkərli və tırtıllı traktorlar
T, TK, TT
2000
1.9.
Mexaniki və ya hidrostatik transmissiyalı özügedən maşınlar, o cümlədən yükləyicilər
H, HT
3000
1.10.
Meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorlar
HK
3000
Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün birdəfəlik ödənişin məbləği bu Əlavənin 1-ci hissəsində göstərilən müvafiq güzəşt məbləğinin 70 (yetmiş) faizi həcmində müəyyən edilir.