Strateji əhəmiyyətli malların kəskin qiymət dəyişməsinin müəyyənləşdirilməsi meyarları hazırlanacaq

Tarix: 02 Feb 2024 16:54

Strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları hazırlanacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət ehtiyatları haqqında” qanunun tətbiqi barədə” imzaladığı fərmanda əksini tapıb.

Nazirlər Kabineti 6 ay müddətində strateji əhəmiyyətli malların monitorinqi qaydasını və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını təsdiqləyib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Xəbər Lenti