Cümə axşamı, 14 May, 2026
Tarix: 23 Nov 2023 21:40
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən ticarət obyektində yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, yanğınla bağlı Binəqədi rayonu, Azadlıq prospektindən Süleyman Sani Axundov küçəsi istiqamətində yolda məhdudiyyət tətbiq edilib.
Sürücülərdən nəzərə almaları xahiş edilir.
***
Məhdudiyyət aradan qaldırılıb.
