Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 06 Feb 2024 09:50
2024-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 16,5 milyon manat vergi daxil olub.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “X” sosial şəbəkəsində paylaşım edib.
Bildirilib ki, bu ötən ilin eyni dövrünə nisbətən 65,6% və ya 6,5 milyon manat çoxdur.