Anna Akopyan Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığını açıqlayıb

Tarix: 17 Feb 2026 10:40

Anna Akopyan Ermənistanın Baş naziri Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığını açıqlayıb.

APA xəbər verir ki, Akopyan bu bərədə məlumatı “Facebook” səhifəsində paylaşıb.

“Bildirirəm ki, Nikol Paşinyan ilə vətəndaş nikahım başa çatıb. Xahiş edirəm ki, bu mövzunun müzakirəsi zamanı hər kəs təmkinli və korrekt davransın”, - o bildirib.

Qeyd edək ki, Ermənistan mediasının məlumatına görə, indiyədək vətəndaş nikahında yaşayan cütlük rəsmi nikaha daxil olub.

İlqar Xudiyev Paşinyan Anna Akopyan vətəndaş nigahı

Xəbər Lenti