Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı 8 nəfər saxlanılıb, “Diyarbekirspor”da araşdırma başlayıb

Tarix: 17 Feb 2026 10:16

Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı əməliyyat keçirilib.

APA yerli mətbuata istinadən xəbər verir ki, istintaq çərçivəsində 8 nəfər saxlanılıb.

Əməliyyat zamanı cinayət gəlirlərinin bəzi idman klubları vasitəsilə yuyulması iddiaları əsasında “Diyarbekirspor” və üç şirkət barəsində araşdırma başlayıb.

Aparılan araşdırmalar zamanı “Diyarbekirspor”un keçmiş prezidenti Fevzi İlhanlı və klub rəhbərliyinin qanunsuz mərc saytının sahibi olduqları, əldə etdikləri gəlirləri isə klub vasitəsilə dövriyyəyə buraxdıqları müəyyən edilib.

İstintaq çərçivəsində klubun mühasibi və bəzi əməkdaşların bank hesabları vasitəsilə qanunsuz qazancın klub hesablarına köçürüldüyü də aşkarlanıb.

qanunsuz mərc oyun Diyarbekirspor

Xəbər Lenti