Aİ-nin Genişlənmə üzrə komissarı Ermənistana səfər edəcək

Tarix: 17 Feb 2026 14:42

Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kos Ermənistana səfər edəcək.

APA “Armenpress”ə istinadən xəbər verir ki, Marta Kos səfər zamanı Ermənistan–Aİ sammitində iştirak edəcək, ölkə rəhbərliyi ilə görüşlər keçirəcək.

Bildirilib ki, səfərin əsas məqsədi Ermənistanla Aİ arasında əməkdaşlığı gücləndirmək, regional layihələri dəstəkləmək və siyasi dialoqu irəlilətməkdir.

Səfərin konkret tarixi açıqlanmayıb.

İlqar Xudiyev Aİ komissarı Marta Kos Ermənistan–Aİ sammiti

Xəbər Lenti