Pakistanda daha bir terror aktı törədilib: 11 təhlükəsizlik əməkdaşı həlak olub

Tarix: 17 Feb 2026 15:22

Pakistanda təhlükəsizlik qüvvələrinin postuna hücum edilib.

APA Pakistan mediasına istinadən xəbər verir ki, hadisə Xeybər-Paxtunxva bölgəsində baş verib.

Hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı həlak olub.

Görülən əməliyyat tədbirləri nəticəsində isə 12 terrorçu məhv edilib.

Toğrul Quluzadə Pakistan təhlükəsizlik qüvvələri hücum

Xəbər Lenti