Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında görüş başlayıb - FOTO

Tarix: 17 Feb 2026 16:59

Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında görüş başlayıb.

APA xəbər verir ki, Ukrayna üzrə üçtərəfli danışıqlar “Inter Continental” mehmanxanasında keçirilir.

Danışıqların iki gün davam edəcəyi gözlənilir.

Qeyd edək ki, bu görüşə qədər Əbu-Dabidə üçtərəfli formatda danışıqların iki raundu keçirilib. Rusiya tərəfinin açıqlamasına görə, Əbu-Dabi görüşlərində əsasən təhlükəsizlik məsələləri müzakirə olunub.

Cenevrədə isə daha geniş mövzularda danışıq aparılması planlaşdırılır. Xüsusilə ərazi məsələsi danışıqların əsas mövzularından biri olacaq.

İlqar Xudiyev Ukrayna üzrə üçtərəfli danışıqlar Cenevrə

Xəbər Lenti