Suriyada minatəmizləmə zamanı partlayış baş verib, jurnalistlər xəsarət alıb

Tarix: 17 Feb 2026 16:54

Suriyada minatəmizləmə zamanı partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı səfirliyi məlumat yayıb.

Latakiya əyalətində aparılan minatəmizləmə zamanı iki jurnalist və bir hərbçi xəsarət alıb.

Məlumata görə, yaralanan jurnalistlər “Anadolu” və Suriyanın Dövlət İnformasiya Agentliyinin (SANA) müxbirləridir.

İlqar Xudiyev Suriyada mina partlayışı jurnalistlər xəsarət alıb

Xəbər Lenti