Çərşənbə axşamı, 17 Ferval, 2026
Tarix: 17 Feb 2026 19:38
İsrailin Somaliləndi tanıması yeni münaqişələrə səbəb ola bilər.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Efiopiyada rəsmi səfərdə olan Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Efiopiya Baş naziri Abiy Ahmed ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Afrika Buynuzu xarici güclərin mübarizə meydanı olmamalıdır.
“Türkiyə olaraq bölgənin onsuz da kifayət qədər yaşadığı münaqişələrə yenilərinin əlavə olunmasını əsla istəmirik. Bölgənin problemlərinə region ölkələrinin həll yolu tapmalı olduğuna inanırıq. Bu səbəbdən İsrailin Somalilendi tanımasının nə Somaliləndə, nə də Afrika Buynuzuna fayda verəcəyini vurğulamaq istəyirəm”-deyə Ərdoğan qeyd edib.
Dəryanur Cəfərova Türkiyə Efiopiya Somalilənd Afrika Buynuzu münaqişə