Çərşənbə, 18 Ferval, 2026
Tarix: 17 Feb 2026 22:40
Məhkəmə Ukraynanın sabiq energetika naziri Herman Qaluşenko haqqında həbs qətimkan tədbiri seçib.
APA xəbər verir ki, sabiq nazir "Energoatom"da genişmiqyaslı rüşvət sxemi təşkil etməkdə şübhəli bilinir.
Məhkəmə bildirib ki, Qaluşenko 200 milyon qrivna (təxminən 4,6 milyon dollar) girov müqabilində azadlığa buraxıla bilər.
Qeyd edək ki, Qaluşenko 15 fevralda ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb. O, Ukraynanın bütün nüvə elektrik stansiyalarının operatoru olan "Energoatom"da baş verən yüksək səviyyəli korrupsiya işində şübhəli bilinənlərdən biridir.