Çərşənbə, 18 Ferval, 2026
Tarix: 18 Feb 2026 11:42
Rusiya və İran aprelin 1-də Rəşt-Astara dəmir yolu layihəsinin tikintisinə başlayacaq.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilev bildirib.
O qeyd edib ki, tərəflər layihənin başlanmasını gecikdirən bütün mübahisəli məsələləri həllinə nail ola bilib.
Tsivilyevin sözlərinə görə, Rusiya və İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi kimi dəmir yolunun tikintisi ilə bağlı demək olar bütün məsələləri, o cümlədən torpaqların alınması və imtiyazların alınması məsələlərini həll ediblər: “Tərəflər hazırda Rusiya şirkətlərinin İranda günəş və külək enerjisi stansiyalarının tikintisi layihələrində iştirak perspektivlərini müzakirə edirlər”.
Fərid Əkbərov Rəşt-Astara dəmir yolu Rusiya İran