İranlı nazir: Rusiyadan qaz idxalı ilə bağlı razılaşma tezliklə imzalanacaq

Tarix: 18 Feb 2026 11:49

Rusiyadan İrana qaz idxalı ilə bağlı razılaşma tezliklə imzalanacaq.

APA xəbər verir ki, bu barədə İranın neft naziri Mohsen Paknejad bildirib.

Onun sözlərinə görə, Rusiyadan İrana təbii qazın idxalı ilə bağlı razılaşmalar yekun mərhələdədir, sadəcə bir neçə bənd qalıb ki, onun üzərində çalışmaq lazımdır.

Nazir deyib ki, tezliklə bu prosesin konkret bir müqavilə ilə nəticələnəcəyi gözlənilir.

Paknejad qeyd edib ki, Cənubi Pars yatağından rekord həddə - 730 milyon kubmetrlik qaz çıxarılmasına baxmayaraq, istehlakda natarazlıqlar Rusiyadan qaz idxalını strateji zərurətə çevirir.

Toğrul Quluzadə İran Rusiya qaz idxalı Paknejad

Xəbər Lenti