Çərşənbə, 18 Ferval, 2026
Tarix: 18 Feb 2026 13:42
Rusiya və Çin nüvə sınaqları keçirməyiblər.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, ABŞ-ın 2020-ci ilin iyun ayında Çində yeraltı nüvə sınaqları ilə bağlı yeni məlumatların olması bağlı iddiasını təkzib edib.
"Hansısa sınaqlarla bağlı çoxlu sayda istinadlar eşitmişik. Bu məsələdə həm Rusiya Federasiyası, həm də Çin qeyd olunub. Nə Rusiya, nə də Çin heç bir nüvə sınaqları keçirməyib. Bilirik ki, bu iddialar Çin Xalq Respublikasının nümayəndəsi tərəfindən də qətiyyətlə rədd edilib", - Rusiya prezidentinin sözçüsü qeyd edib.
Fərid Əkbərov Rusiya Çin nüvə sınaqları