Çərşənbə, 18 Ferval, 2026
Tarix: 18 Feb 2026 13:50
Rusiya bir çox digər ölkə kimi, ABŞ-ın Kubaya qarşı blokadasına ardıcıl qarşı çıxır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü qeyd edib ki, “Rusiya Kuba ilə münasibətlərini inkişaf etdirir, onlara dəyər verir və çətin anlarda adaya dəstək olmaq niyyətindədir”.
Peskov əlavə edib ki, Rusiyanın blokadada olan Kubaya yardımının cari danışıqlar fonunda ABŞ-la münasibətlərə təsir göstərəcəyinə inanmır. Onun sözlərinə görə, bunlar bir-biri ilə əlaqəli olmayan məsələlərdir.
Peskov ABŞ Kuba blokada