Zelenski: Rusiya yekun mərhələyə çata biləcək danışıqlar prosesini uzatmağa çalışır

Tarix: 18 Feb 2026 13:47

Rusiya artıq yekun mərhələyə çata biləcək danışıqlar prosesini uzatmağa çalışır.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna danışıqlarını şərh edərkən qeyd edib.

O, bu gün davam edən danışıqlarda Ukrayna nümayəndə heyətinə verdiyi tapşırıqlar barədə məlumatı bölüşüb.

“Mən Ukrayna heyətinə aydın şəkildə göstəriş verdim ki, danışıqların məhsuldar olması və sülhün bərqərar edilməsi ehtimalının artırılması üçün nə mümkündür edilsin. Bu gün həm də humanitar məsələlər müzakirə olunacaq. Söhbət girovların mübadiləsi və mülki şəxslərin azad edilməsindən gedir”, - Zelenski bildirib.

Toğrul Quluzadə Ukrayna Rusiya Zelenski danışıqlar

Xəbər Lenti