Çərşənbə, 18 Ferval, 2026
Tarix: 18 Feb 2026 14:55
Ukrayna, ABŞ və Rusiya arasında aparılan danışıqlarda irəliləyiş əldə olunub.
APA “Al Jazeera”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib.
Onun sözlərinə görə, danışıqlarda müəyyən irəliləyiş əldə olunub. Lakin Umerov hazırkı mərhələdə təfərrüatları ictimaiyyətə açıqlaya bilməyəcəyini deyib.
“Növbəti addımda müzakirə edilmiş qərarları prezidentlərə təqdim etmək üçün lazımi konsensusa gəlmək lazım olacaq. Bizim işimiz bununla bağlı praktiki bazanı təmin etməkdir. Ukrayna məhsuldar mövqeyini saxlayır: məqsəd ədalətli və davamlı sülhə nail olmaqdır”, - Umerov qeyd edib.
Qeyd edək ki, dünən və bu gün Cenevrədə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar keçirilib.
Toğrul Quluzadə Ukrayna Rusiya danışıqlar irəliləyiş Umerov