BVF Azərbaycan neftinin qiyməti üzrə proqnozunu açıqlayıb

Tarix: 07 Feb 2024 15:07

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan neftinin 2024-2028-ci illər ərzində tədricən ucuzlaşacağını proqnozlaşdırır.

"APA-Economics" xəbər verir ki, bu, BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına əsaslanan qiymətləndirməsində (2023-cü ilin noyabr ayında aparılıb - İF) öz əksini tapıb.

Proqnoza əsasən, əgər 2024-cü ildə Azərbaycan neftinin bir barelinin orta qiyməti 81,9 ABŞ dolları təşkil edəcək, 2028-ci ildə bu göstərici 69,5 dollara enəcək. Belə ki, 2024-2028-ci illər ərzində Azərbaycan neftinin qiyməti 12,4 dollar və ya 15,1% azalacaq.

Qeyd olunur ki, 2023-ci ilin ortalama göstəricisi ilə müqayisədə 2024-cü ildə Azərbaycan nefti 0,6 dollar və ya 0,73% ucuzlaşacaq.

Bildirilir ki, ötən il Azərbaycan neftinin bir barelinin orta qiyməti 82,5 dollar səviyyəsində olub, bu da illik müqayisədə 15,9 dollar və ya 16,2% azdır.

Azərbaycan neftinin qiymətinin illər üzrə dinamikası (BVF qiymətləndirməsinə əsasən):

İllər üzrə

2020

2021

2022

2023

2024

2025

2026

2027

2028

Güman edilən neft qiyməti (bir barel üçün, ABŞ dolları)

44,8

71,2

98,4

82,5

81,9

78,0

74,7

71,9

69,5

Xəbər Lenti