Çərşənbə, 18 Ferval, 2026
Tarix: 18 Feb 2026 17:45
Vladimir Medinski Cenevrədə Ukrayna tərəfi ilə qapalı görüş keçirdiyini bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
Medinski Cenevrədə Ukrayna tərəfi ilə qapalı formatda görüş keçirdiyini təsdiqləyib.
***
17:17
Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski hava limanına yola düşməzdən əvvəl Cenevrə “İnterkontinental” hotelində iki saatlıq qapalı danışıqlar aparıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə danışıqlar qrupundakı mənbə "İzvestiya"ya bildirib.
Mənbə görüşün kiminlə keçirildiyini dəqiqləşdirməyib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni mərhələsi 17-18 fevral tarixlərində Cenevrədə baş tutub. Danışıqlarda Rusiya nümayəndə heyətinə Vladimir Medinski rəhbərlik edib. Rusiya nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov daxil olub.
Fərid Əkbərov Rusiya Cenevrə Putin ABŞ Medinski