Cümə axşamı, 19 Ferval, 2026
Tarix: 19 Feb 2026 00:17
ABŞ, İran telekommunikasiya sənayesinin rəsmiləri və nümayəndələri də daxil olmaqla, 18 iranlıya viza məhdudiyyətləri tətbiq etmək qərarına gəlib.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, ABŞ dövlət katibi Marko Rubio 18 İran rəsmisi və telekommunikasiya sənayesi rəhbərinə, eləcə də onların yaxın ailə üzvlərinə viza məhdudiyyətləri tətbiq etmək üçün tədbirlər görür.
Adları açıqlanmayan bu şəxslər son qarşıdurmalar da daxil olmaqla, İranda insan haqlarının pozulmasında iştirak edirlər.
Qeyd edək ki, ABŞ-ın bu cür məhdudiyyətləri artıq 58 şəxsə şamil olunub.