Cümə axşamı, 19 Ferval, 2026
Tarix: 19 Feb 2026 08:01
“Ukrayna NATO-ya qoşulmaq üçün lazım olan hər şeyi edib. Lakin son qərarı Alyansa üzv ölkələr verəcək”.
APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, ABŞ-ın nə əvvəlki administrasiyasının, nə də indiki administrasiyasının Ukraynanı NATO-da görmədiyini vurğulayaraq bildirib ki, bu, gələcəkdə bunun baş verməyəcəyi anlamına gəlmir.
"Qərar vermək bizdən asılı deyil. Biz artıq etməli olduğumuzu etmişik. Biz artıq NATO-ya qoşulmağa və bütün müttəfiqlərimizi gücləndirməyə hazır olduğumuzu demişik. Başqa nə edə bilərik? Heç nə. İndi top tərəfdaşlarımızın; NATO ölkələrinin meydançasındadır", - Zelenski əlavə edib.