Zelenski: Amerikalılar monitorinqdə aparıcı rol oynayacaq

Tarix: 19 Feb 2026 10:18

Hesab edirəm ki, İsveçrədə üçtərəfli görüş keçirməyimiz yaxşı oldu. Biz Yaxın Şərqdən və digər ölkələrdən olan tərəfdaşlarımıza hörmət edir və onları yüksək qiymətləndiririk. Amma mənim fikrimcə, əgər müharibə Avropada gedirsə, o zaman görüş üçün yer də Avropada tapılmalıdır.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrə danışıqlarına dair “Telegram” kanalında bildirib.

Zelenski hərbi istiqamətdə siyasi istiqamətə nisbətən daha çox irəlilədiklərini bildirib: “Çünki üçtərəfli formatda hərbçilər atəşkəs elan olunacağı təqdirdə, onun monitorinq missiyasının necə hazırlanacağını müzakirə ediblər. Siyasi istiqamət üzrə bu imkanlar açıldıqdan sonra bu mexanizm işə düşməlidir. Onlar detalları, texniki məqamları və hər iki tərəfin imkanlarını - ilk növbədə isə amerikalıların rolunu müzakirə ediblər. Çünki monitorinqdə aparıcı rol onlara məxsus olacaq”, - o qeyd edib.

Ukrayna lideri avropalıların rolunun da böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Mənim fikrimcə, eyni zamanda, bizə Avropa nümayəndələri də lazımdır”.

İlqar Xudiyev Zelenski Cenverə danışıqları

Xəbər Lenti