Cümə axşamı, 19 Ferval, 2026
Tarix: 19 Feb 2026 10:02
Rusiyanın Perm diyarının Aleksandrovsk şəhərinin məktəbində 7-ci sinif şagirdi həmyaşıdını bıçaqlayıb.
APA xəbər verir ki, bu barədə RBK Perm diyarının qubernatoru Dmitriy Maxoninə istinadən məlumat yayıb.
Dmitri Mахonin bildirib ki, xəsarət alan yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir. Onun sözlərinə görə, şagird Berezniki şəhərinin tibb müəsisəsinə təxliyə olunacaq.
“Zərərçəkmiş uşağın həyatını xilas etmək üçün mümkün olan hər şeyi edirik”, – qubernator vurğulayıb.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
Faktla bağlı araşdırma aparılır.
İlqar Xudiyev Perm diyarı şagirdin bıçaqlanması