Türkiyə Müdafiə Nazirliyi: Bu il 35 PKK terrorçusu təslim olub

Tarix: 19 Feb 2026 13:18

Türkiyə Silahlı Qüvvələrinin davamlı əməliyyatları və axtarış tədbirləri çərçivəsində bir həftə ərzində daha 10 PKK terrorçusu təslim olub.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

"Beləliklə, 1 yanvar tarixindən etibarən təslim olan PKK terrorçuların sayı 35-ə çatıb", - məlumatda deyilir.

Türkiyə Silahlı Qüvvələri Türkiyə Milli Müdafiə Nazirliyi PKK terrorçuları

Xəbər Lenti