Cümə axşamı, 19 Ferval, 2026
Tarix: 19 Feb 2026 13:57
Rusiya İran ətrafında görünməmiş bir gərginlik qeydə alır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Kreml Yaxın Şərqdəki bütün tərəfləri təmkinli olmağa və diplomatiyadan istifadə etməyə çağırıb.
Kreml rəsmisi Oman körfəzində keçirilən Rusiya-İran hərbi dəniz təlimləri barədə də danışıb. Peskov qeyd edib ki, bu təlimlər ABŞ-ın iştirak etdiyi gərginliyin artmasından əvvəl planlaşdırılıb.
Fərid Əkbərov Kreml Rusiya-İran təlimləri ABŞ