Cümə axşamı, 19 Ferval, 2026
Tarix: 19 Feb 2026 15:37
Pakistanın Kəraçi şəhərində mənzildə qaz balonunun partlaması nəticəsində bina çöküb, azı 16 nəfər ölüb.
APA “Dawn”a istinadən xəbər verir ki, ilkin məlumata görə, partlayış şəhərin şərq hissəsində yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.
Ölənlər arasında 8 azyaşlı, 4 qadın və 4 kişi var.
14 nəfərin isə yaralandığı bildirilir. Yaralılardan yeddisi azyaşlıdır.
Axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altında hələ də insanların qala biləcəyi ehtimal edilir.
İlqar Xudiyev Kəraçi bina uçub qaz balonu partlayışı