Bortnikov: FSB "Telegram"ın qurucusu Durovla danışıqlar aparmır

Tarix: 19 Feb 2026 14:57

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) “Telegram”ın qurucusu Pavel Durovla danışıqlar aparmır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu FSB-nin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, FSB əvvəllər Durovla danışıqlar aparıb, amma bu, yaxşı heç nəyə gətirib çıxarmayıb.

Qeyd edək ki, “Roskomnadzor” Rusiyada “Telegram”ı bloklamağa başladığını açıqlayıb. Qurum buna sosial şəbəkənin Rusiya qanunvericiliyinə əməl etmədiyini əsas gətirib. Rusiyada “Telegram”dakı şəxsi yazışmalara xarici xüsusi xidmət orqanlarının əlçatan olduğu barədə iddialar yayılıb.

Fərid Əkbərov Rusiya FSB Telegram Durov Bortnikov

Xəbər Lenti