Cümə axşamı, 19 Ferval, 2026
Tarix: 19 Feb 2026 14:39
Cenevrədə keçirilən Ukrayna danışıqlarında tərəflər siyasi və diplomatik həll yolu axtarışı kontekstində gündəlikdəki bütün məsələləri müzakirə ediblər.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin tərkibində danışıqlardan iştirak etmiş xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Onun sözlərinə görə, Ukrayna ilə bağlı danışıqların növbəti raundunun yeri hələ müəyyən edilməyib: "Əsas məsələ danışıqlar platformasının coğrafi yeri deyil. Əsas məsələ mahiyyətdir".
Qeyd edək ki, fevralın 17-18-də Cenevrədə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli görüş keçirilib. Fevralın 18-də isə Rusiya və Ukrayna nümayəndələri qapalı iki saatlıq görüş keçiriblər.
Fərid Əkbərov Cenevrə Ukrayna danışıqları Rusiya