Cümə axşamı, 19 Ferval, 2026
Tarix: 19 Feb 2026 16:18
Rusiyanın sanksiyaların aradan qaldırılması üçün ABŞ-a 12 trilyon dollarlıq layihələr təklif etməsinə dair xəbər feykdir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib.
O, "The Economist" jurnalının xəbərini saxta adlandırıb.
Dmitriyev qeyd edib ki, sanksiyaların ləğvi nəticə etibarilə ABŞ-ın özünün maraqları ilə diktə ediləcək.
Onun sözlərinə görə, Amerika şirkətləri Rusiya bazarını tərk etməklə artıq 300 milyard dollardan çox itiriblər.
Fərid Əkbərov Dmitriyev Rusiya sanksiyalar ABŞ