Cümə axşamı, 19 Ferval, 2026
Tarix: 19 Feb 2026 16:53
Bu gün Avropa İttifaqı Şurası İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmi olaraq terror təşkilatları siyahısına daxil edib.
APA xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Beləliklə, SEPAH Aİ-nin antiterror sanksiyaları rejimində məhdudlaşdırıcı tədbirlərə məruz qalacaq. Bu isə SEPAH-ın Aİ ölkələrində maliyyə ehtiyatlarının dondurulması deməkdir. Eyni zamanda, bu, SEPAH-a Aİ ölkələrindəki subyektlərin iqtisadi resurslarından istifadəyə icazə verməsini qadağan edir.
Qeyd edək ki, yanvarın 29-da Aİ ölkələri SEPAH-ı terror təşkilatı kimi tanıyıb.
Toğrul Quluzadə Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH