Cümə, 20 Ferval, 2026
Tarix: 19 Feb 2026 21:13
Bəhreyn Qəzza zolağı üçün rəqəmsal hökumət xidmətləri platforması yaratmaq məqsədilə lazımi infrastruktur və mütəxəssisləri təmin etməyə hazırdır.
APA xəbər verir ki, bu barədə Bəhreyn kralı Şeyx Həməd bin İsa Əl-Xəlifə bildirib.
"Bu gün Qəzza üçün effektiv rəqəmsal hökumət xidmətləri platforması yaratmaq üçün lazımi infrastruktur və təcrübə təmin etməyə hazır olduğumuzu elan edirik", - o, “Sülh Şurası”nın ilk iclasında çıxışı zamanı deyib.