Cümə, 20 Ferval, 2026
Tarix: 19 Feb 2026 20:59
Qətər “Sülh Şurası”nın Fələstin-İsrail münaqişəsinin yekun həllinə nail olmaq missiyasını dəstəkləmək üçün 1 milyard dollar ianə edəcəyinə söz verib.
APA xəbər verir ki, bu barədə Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani bildirib.
"Qətər, Fələstin dövlətçiliyi və tanınması, eləcə də İsrailin təhlükəsizlik və inteqrasiya arzularını təmin edən yekun həll yoluna nail olmaq məqsədi daşıyan şuranın missiyasını dəstəkləmək üçün 1 milyard dollar ianə edəcəyinə söz verib", - o, təşkilatın ilk iclasında bildirib.